Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərafdaşlığı ilə, “İdeyanı Reallaşdır” qrant müsabiqəsi çərçivəsində “Gənc İqtisadçılar” layihəsi həyata keçirilib.
Bu barədə araz.az-ın əldə etdiyi məlumata görə, 3 müxtəlif ali təhsil müəssisəsində təqdimatı olan layihə, ümumilikdə, 200-dən artıq gənci əhatə edib. Layihənin növbəti mərhələsində müsahibəni uğurla keçən 60 gənc üçün, ümumilikdə, 6 təlim keçirilib. Təlimlər 23 oktaybr ayından başlayaraq, 3 noyabr tarixini əhatə edib.
Keçirilən təlimlər gələcəyin gənc iqtisadçılarının bilik və bacarlqlarının bu yöndən artırılması üçün nəzərdə tutulub. “Maliyyə idarəetməsi və büdcə planlaşdırması” və “Təqdimat bacarıqları” adlı təlimlərdə iştirak edərək, daha sonra test imtahanı vasitəsilə yüksək nəticə əldə edən gənclər fərqləndirici sertifikatla təmin olunublar.
Məqsəd gənclərin maliyyə savadlılığının , iqtisadi biliklərinin artırılmasına şəraitin yaradılması, uçot və idarəetmə üzrə kadr hazırlığı sahələrində fəal əlaqələrin təmin edilməsi və gənclərin özünü ifadə qabiliyyətini artırmaqdan ibarətdir. Modul tipli təlimlərin məqsədi ənənəvi təlimin alternativi kimi meydana gəlib və mövcud olan qabaqcıl pedaqoji nəzəriyyə və təcrübələri əhatə edir. Onu da qeyd edək ki, modul yanaşma əmək bazarında bilik və bacarıqlara olan faktiki tələbi nəzərə alır.
araz.az xəbər portalı.