Bu gün Ankara 57-ci Cəza Məhkəməsində Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğlu haqqında Prezident Ərdoğanın şikayəti əsasında məhkəmə ilk iclasına başlayıb.
araz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, vaxtilə çıxşında Ərdoğanı təhqir etməkdə ittiham olunan CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunu məhkəmə qarşısına böyük bir izdiham qarşılaşıb.
Məhkəmə qarşısna gələnlər arasında CHP-nin hazırkı sədri Özgür Özəl, Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş və digər partiya funksionerləri, deputatlar da olub.
Kılıçdaroğlu “Haqq, qanun, ədalət” şüarları səsləndirən izdihamın içindən məhkəmə binasına çətinliklə daxil ollub. O, dəsətk üçün gələn hər kəsə təşəkkkür edib.
Türkiyə mətbuatı yazır ki, Ərdoğan iddiası ərizəsində Kılıçdaroğluna 11 il 8 aya qədər həbs və siyasi qadağa tələbi qoyub. /mia.az/
araz.az xəbər portalı.