BCM-nin qərarına mövqelər və reaksiyalar aşağıdakılardır və onu da qeyd edək ki, bu siyahıda ərəb ölkələri yoxdur
İrlandiya
Baş nazir Simon Harris bəyan edib ki, Dublin İsrailin baş naziri İrlandiyaya gələrsə, onu həbs etməyə hazırdır. “Bəli, biz beynəlxalq məhkəmələri dəstəkləyirik və onların verdiyi həbs qərarına əməl edirik”-deyə baş nazir bildirib.
Sloveniya
Sloveniyanın STA xəbər agentliyi baş nazir Robert Golub-a istinadən xəbər verir ki, Sloveniya BCM-nin həbs qərarına “tam” əməl edəcək.
Almaniya
Hökumət sözçüsü, Berlinin “addımlarını diqqətlə öyrənəcəyini” söylədi və “Netanyahu və Gallantın Almaniyaya səfəri gözlənilməyənə qədər bu barədə hər hansı bir təfərrüatlı açıqlama verməyəcəyini ” qeyd etdi. O, Almaniyanın Beynəlxalq Cinayət Məhkəməsinin ən böyük dəstəkçilərindən biri olduğunu bildirərək, zamanda ” Almaniyanın tarixinin nəticəsi olaraq İsrailə qarşı bənzərsiz əlaqələrin və böyük öhdəliyi olduğunu bildirib.
Macarıstan
Ölkəsi Avropa Birliyinə sədrlik edən baş nazir Viktor Orban Netanyahunu Macarıstana səfərə dəvət edəcəyini açıqlayıb.“Bizim bu qərara etiraz etməkdən başqa çarəmiz yoxdur,” o, dövlət radiosuna verdiyi müsahibədə deyib: “Bu gün sonra mən Netanyahunu Macarıstana dəvət edəcəyəm və orada BMC-nin qərarının heç bir təsiri olmadığını sübut edəcəyəm”-deyib.
İtaliya
Müdafiə naziri Guido Crosetto, ölkəsinin Netanyahunu ziyarət edəcəyi təqdirdə onu həbs etməyə məcbur olacağını təsdiqləyib. “Məhkəmə səhv edir, lakin İsrailin baş naziri bizə gələrsə, onu həbs etməyə məcbur olacağıq”, – Krosetto bildirib.
ABŞ
Prezident Joe Biden BCM-nin qərarını qəzəbli adlandırıb və “Məhkəmə nə sübut təqdim edirsə etsin, HƏMAS və İsraili eyniləşdirmək olmaz” deyib. Bayden ölkəsinin “təhlükəsizliyinə təhdidlər” adlandırdığı vəziyyət qarşısında İsrailin yanında olmaq mövqeyini bir daha təkrarlayıb.
Kanada
Baş nazir Castin Trudeau ölkəsinin beynəlxalq məhkəmələrin bütün qaydalarına və qərarlarına sadiqliyini təsdiqləyib.
Britaniya
Baş nazirin sözçüsü bildirib ki, London BCM-nin müstəqilliyinə hörmət edir.
Fransa
Xarici İşlər Nazirliyi “ Roma Statutuna uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinin müstəqil fəaliyyətini ” təmin etmək öhdəliyini təsdiqləyib.Nazirlik bildirib ki, Netanyahu və Gallanta qarşı həbs orderləri “hökm deyil, ittihamın rəsmi xarakteridir”.
Hollandiya
Beynəlxalq Cinayət Məhkəməsinin qərarından sonra xarici işlər naziri Kasper Feldkamp İsrailə səfərini ləğv edib.Feldkamp ölkəsinin məhkəmənin qərarını icra etməyə hazır olduğunu bildirib.
İsveçrə
Ədliyyə Nazirliyi və Federal Polisin sözçüsü Anadolu Agentliyinə bildirib ki, hakimiyyət Netanyahu və Gallantı İsveçrəyə gələrsə, həbs etməyə borcludur.Digər tərəfdən, Federal Xarici İşlər Nazirliyinin sözçüsü, “İsveçrə Beynəlxalq Cinayət Məhkəməsinin müstəqilliyinə hörmət edir və bu qərarları şərh etmir” dedi.
Kipr
Hökumətdəki mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, İsraillə yaxın əlaqələri olan Kipr Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs qərarlarını prinsipcə məcburi hesab edir.Adının açıqlanmamasını xahiş edən mənbə “Qərar araşdırılır və bununla bağlı bizim heç bir şərhimiz yoxdur” deyə izah edib.
Çin
“Çin ümid edir ki, BCM obyektiv və ədalətli mövqe tutacaq və öz səlahiyyətlərini qanuna uyğun həyata keçirəcək”, – Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransı zamanı həbs orderləri ilə bağlı suala cavab olaraq bildirib.
İran
İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Səlami BCM-nin qərarını “sionist varlığın sonu və siyasi ölümü” kimi qiymətləndirib.O, dövlət televiziyasında yayımlanan çıxışında əlavə edib: “Bu, bu gün dünyada mütləq siyasi təcrid şəraitində yaşayan bir qurumdur, çünki onun rəsmiləri artıq başqa ölkələrə gedə bilmirlər”.
Mənbə : Əl-Cəzirə + ArabAZ
araz.az xəbər portalı.
AKTUAL
Türkiyədə yeni konstitusiya qəbul ediləcək?– Ərdoğan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. araz.az-ın məlumatına görə, …