resad-Atakisiyev.jpgQəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb.

Pilotun qayınatası Qabil Hüseynli APA-ya bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.

Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək. 

 Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. 

araz.az xəbər portalı.