“Bələdiyyələrə imkan vermək lazımdır ki, işləsinlər. Bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək, imkan verək ki, bələdiyyələr hər avtomobildən ildə 10 manat əmlak vergisi götürsün”.

araz.az bildirir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev redaktor.az-a açıqlamasında bu təklifə münasibət bildirib.

O deyib ki, deputatlar istəyir nəyisə kəşf etsinlər, amma bu fikir yanlışdır:

“Kimdir bələdiyyələrin sözünə baxan? Bələdiyyələr heç bir səlahiyyəti olmayan qurumdur, ancaq vaxtilə torpaq satmaqla məşğul olublar. Deputatlar bu barədə səhv fikirdədirlər. Zaman əvvəlki zaman deyil, hansı ərazilərdə ciddi problemlər varsa, həmin problemlərlə məşğul olmaq lazımdır. Hər halda dövlət başçısı özü bilir hansı qərar nə vaxt qəbul olunacaq. Deputatlar özlərini göstərmək istəyirlər, ancaq gərək ciddi fikirləşsinlər və özlərindən oyun çıxartmasınlar. O qədər ciddi problemlər var ki, onları həll etmək lazımdır”. 

Partiya sədri xatırladıb ki, bələdiyyələr haqqında yeni qanunun qəbul edilməsi gözlənilir.

araz.az xəbər portalı.