Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə döyülüb. İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, etnik mənsubiyyətinə görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb. Həmin şəxs zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.

araz.az bildirir ki, mövzu ilə bağlı BIĞ.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, şiddətə məruz qalmış şəxs soydaşımız olsa da, İran vətəndaşıdır. Məsələnin mənəvi tərəfi istisna olunmaqla, onun vətəndaş hüquqlarının qorunması İran İslam Respublikasının səlahiyyətlərinə və öhdəliliklərinə aiddir:

“Baş vermiş hadisə məhkəmə orqanları tərəfindən araşdırılmalı,ona hüquqi qiymət verilməlidi. Təqsirli bilinən şəxslərin hərəkətlərində qanun pozuntusunun aşkarlanacağı təqdirdə məsuliyyətə cəlb olunub, cəzalanmalıdırlar.

Şiddətə məruz qalmış şəxs soydaşımız olsa da, İran vətəndaşıdır. Məsələnin mənəvi tərəfi istisna olunmaqla, onun vətəndaş hüquqlarının qorunması İran İslam Respublikasının səlahiyyətlərinə və öhdəliliklərinə aiddir.

Soydaşımızın bir türk olaraq döyülməsi faktı təqsirlənərsə, bu, Ermənistan cəmiyyətində azərbaycanlılara münasibətdə etnik nifrət, dözümsüzlük kimi, insanlıqla bir araya sığmayan amillərin hələ də qaldığının növbəti dəfə nümayişi olacaq. Şübhəsiz ki,uzun müddət erməni millətçiləri tərəfindən xaıqımıza münasibətdə etnik duşmənçilik ideologiyasının təbliğ olunması, erməni cəmiyyətinin bizlərə yönəli düşüncə tərzinə təsir göstərmiş, etimadsızlığın dərinləşməsinə sirayət etmişdir.

Bu kimi halların aradan qaldırılması üçün, Ermənistan dövləti, onun siyasi elitasi, mədəniyyət və elm xadimləri hələ uzun müddət ardıcıl və düşünülmüş siyasət aparmalı, munasibətlərdə qarşlılıqlı etimad və guvənin formalaşmasına töhfə verəcək mövqe sərgiləməlidirlər.

Təəssüf ki,hazırkı Ermənistan bundan hələ xeyli uzaqdır. Hər il “erməni soyqırımı” hadisələrinin millətçı dairələr tərəfindən yüksək səviyyədə anılması düşmənçilik əhval-ruhiyyəsinin daha da qızışdırılmasına xidmət edir. Ermənistan hazırda əhalisinin etnik tərkibinə görə mono respublikadır və əsasən ermənilərdən ibarətdir. Burada rus dilinin tədrisi və rus dilində televiziya kanallarının qadağan edilməsi, Ermənistanın Qərbdə söylənilənlərdən ferqli olaraq, demokratik dövlət olmadığının göstəricisidir. Bu isə, Ermənistanın hazırkı iqtidarının geopolitik konteksdə ABŞ-dən asılılığı ilə baglı amillərdən irəli gəlir.

Ermənistana, konkret olaraq, Dağlıq Qarabağ ermənilərinə görə Azərbaycanı daim haqsız olaraq tənqid edən Avropa İnstitutları ölkəmizdə multikultural cəmiyyətin mövcudluğunu, digər xalqların hüquqlarına olan sayqını,başqa dinlərə etiqad edən vətəndaşlara olan hörmət və dözümü görməzdən gəlir, bizləri etnik təmizləmə siyasətində ittiham edirlər.

Təbrizli soydaşımızla bağlı məsələyə bizlər, həm də, insan hüquqları anlamından yanaşmalı və bununla əlaqədar Ermənistan cəmiyyətindəki durumu Avropa İnstitutlarının nəzərinə çatdırmalıyıq”.

araz.az xəbər portalı.