araz.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə “ANewz” telekanalı məlumat yayıb.

Onlar təklif olunan mətni tənqid edərək, bildiriblər: “Bizim prioritetlərimiz nəzərə alınmayıb. Hazırda biz bu mətn üzərində işləyə bilmərik”.

Bənzər mövqeli inkişaf etməkdə olan ölkələr təşkilatından Boliviya nümayəndəsi kəskin çıxış edərək, rəqəmləri qeyri-adekvat və təhqiramiz adlandırıb:

“250 milyard dollar zarafat deyil, bu təhqirdir. Hətta 300 milyard dollar da qəbuledilməzdir. Bu rəqəm azı 500 milyard dollar olmalıdır”, — telekanal nümayəndə heyətinin sözündən sitat gətirib.

Hindistan da Boliviyanın mövqeyinə qoşularaq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün yeni kollektiv kəmiyyət hədəfinin ildə azı 500 milyard dollar olması üzərində təkid edib.

Afrika bloku da, bundan oxşar məyusluğunu ifadə edərək, təkliflərinin nəzərə alınmadığını vurğulayıb. Nümayəndələrdən biri əsas tələbləri təkrarlayaraq, layihədən açıq narazılığını bildirib.

araz.az xəbər portalı.