“Ruhun satıldısa, sən bitdin və tamamilə tükəndin. Bundan sonra, sən hər şeyini satarsan!” — SƏMRA HÜSEYNOVA
““Miss Azerbaijan – 2019” olduqdan sonra, yaşadığım sevgi münasibəti həyatımda çevriliş oldu və bütün bunlar internetə yansıdı. Bu çox dramatik bir sevgiydi. Əslində, bundan nə qədər qaçsam da, yenə içində olurdum. Münasibətimin necə başlayıb, necə bitdiyini bilmirəm, çünki o zaman müalicə alırdım. Çox ağır və toksik bir münasibət idi. Bu gün səni sevirəm deyən insan, sabah səni tanımaq istəmirdi. O, mənimlə olan yerdə başqa xanıma baxırdısa, o eqo məni o qədər əzə bilərdi ki, səhər mən onun gözünün önündə başqa bir bəylə rəqs edə bilərdim. Bu münasibətim bitdiyinə görə, çox xoşbəxtəm. Bir gün səhər oyanıb, anladım ki, bu münasibət sağlamlığıma zərər vurur”.
araz.az xəbər portalı.