“20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə ilə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli arasında qalmaqal yaşanıb.
Araz.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, belə ki, MM-in Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasına dəvət edilən S. Əzimzadə H. Rəcəblini ona çıxış etməyə imkan verməməkdə ittiham edib.
Buna cavabında isə H. Rəcəbli kimsəyə ayrıseçkilik qoyulmadığını bildirib və əlavə edib ki, əgər sözü, təklifi varsa çıxış etsin, ya da onları yazılı təqdim etsin.
Bununla qane olmayan S.Əzimzadə sonra müvafiq qanunlarda 20 Yanvar hadisələrində yaralananların, əlil olanların “zədə almışlar” kimi ehtiva olunmasını komitə sədrinə irad tutub.
Komitə sədri bununla razılaşmayıb və qeyd edib ki, ambisiyalarla çıxış etmək olmaz:
“Bu məsələdə də hər şey ölçülüb-biçilməlidir”.
araz.az xəbər portalı.