Xeyli müddətdir ki, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin keçmiş həyat yoldaşı Fidan Abbasovanın və qızları Nilin hüquqlarının pozulması ilə bağlı ölkə mediasında xəbərlər yayılır.
Bu gün araz.az-ın redaksiyasına da, Fidan Abbasovanın Prezident İlham Əliyevə ünvanladığı Müraciət daxil olub. Həmin Müraciəti olduğu kimi dərc edirik:
“Cənab Prezident !
Sizə bir Azərbaycan qadını olaraq müraciət edirəm. Azərbaycanımızın vicdanlı vəkillərinin adına ləkə olan Adəm Məmmədovun dələduzluq əməllərinə son qoymaqda mənə kömək edin. Adəm Məmmədovun mənimlə bərabər bir neçə vətəndaşı da aldatmasına görə yerli polis orqanlarında araşdırmaların aparılması bu nı”vekil”in hansı formada fəaliyyət göstərməsindən xəbər verir.
Mənə hüquqi yardım göstərməsinə dair müqaviləni belə ortaya çıxarda bilməməklə Adəm Məmmədovun öz ofisində qanunsuz fəaliyyətlə məşğul olması sübuta yetirilsə də, Vəkillər Kollegiyasının rəhbərliyi mənimlə Adəm Məmmədovun arasında olan müqaviləni tapa bilməməsi ilə bağlı absurd cavab verməklə öz məsuliyyətini dərk etmir, işini bitmiş hesab edir, vətəndaşların Vəkillər Kollegiyasında baş verən qeyri-obyektivliyə, ədalətsizliyə görə vəkillik institutuna inamını sıfıra endirir. Əgər Adəm Məmmədova oz şəxsi ehtiyaclarını həll etməyə pul lazım idisə, məni və digər vətəndaşları aldatmasına gərək yox idi.
Əfsuslar olsun ki, mən və digərlərinin DİN-ə və Prokurorluq orqanlarına etdiyimiz şikayətlərə baxılmır, yalan vədlərlə yola verilməklə hüquqlarimız pozulur.
Axı, özünü vəkil hesab edən Adəm Məmmədovdan nə qədər şikayətçi olar?!
Son ümid yerimiz Sizsiniz Cənab Prezidentimiz, bizlərə kömək edin!
Dərin hörmət və ümidlərlə, Fidan Loğman qızı ABBASOVA”.
araz.az xəbər portalı.