NÜFUZLU DİASPOR RƏHBƏRLƏRİ BU MƏQSƏDLƏ MÜDAFİƏ KOMİTƏSİ YARATDILAR
Rusiyadakı soydaşlarımızı bir araya gətirmək məqsədi ilə yaradılan, artıq Federasiyanın 56 regionunda fəaliyyət göstərən aktiv diaspor qurumlarını ətrafında birləşdirən nüfuzlu Rusiya Azərbaycanlıları İttifaqı, ötən ilin dekabr ayında, respublikamızın Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” Gömrük Postu əməkdaşlarının quramaları əsasında həbsə atılan Rauf Əzizovun müdafiəsinə qalxıb. Bu barədə, qonşu ölkənin paytaxtı Moskva şəhərindəki mənbədən araz.az xəbər portalına ötürülən məlumatdan məlum olur ki, Rusiya Azərbaycanliları İttifaqı, artıq, Qusar Rayon Məhkəməsində məhkəməsi gedən diasporçunun Hüquqlarını Müdafiə Komitəsi yaradıb.
Aldığımız məlumatda bildirilir ki, Rusiya Azərbaycanlıları İttifaqı prezidentinin təşəbbüsü ilə yaradılan və Rusiyanın ayrı-ayrı regionlarında fəaliyyət göstərən nüfuz sahibi diaspor qurumlarının tanınmış rəhbər şəxslərinin — Füzuli Мəmmədovun, Mirkazım Seyidovun, Elnur Hüseynovun, Anar Həsənovun, Tofiq Rzayevin və Fərrux Qənbərovun daxil olduqları bu komitə, məhkəmə istintaqı gedən və üç azyaşlı övlad atası olan diaspor fəalının tezliklə həbsdən azad edilib, ailəsinə qovuşması üçün, var-gücləriylə çalışmaq qərarına gəliblər: “Rauf Əzizov Rusiya Azərbaycanlıları İttifaqının Dağıstan Respublikasındakı nümayəndəsi, bu regiondakı Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri Rakif Əzizovun oğludur. Sədrin oğlu da, özü kimi, Rusiyadakı Azərbaycan diasporunun ən fəallarından biri kimi tanınıb. O, hətta düz 5 il Azərbaycanı Federasiyada ləyaqətlə təmsil edən, öz sıralarında 15.000 nəfərə qədər soydaşımızı birləşdirən ən nüfuzlu diaspor təşkilatının — Dağıstan Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti sədrinin müavini vəzifəsini vicdanla yerinə yetirib.
Vəkili hesab edir ki, müvəkkilinin cinayət işində bir çox ziddiyyətli məqamlar var. Ortada Rauf Əzizovun günahını sübut edən fakt və dəlillər belə ortaya qoyulmayıb. Xüsusilə şahidlərin ifadələri üst-üstə düşmür. Raufun tutulması zamanı video-çəkilişlər aparılmayıb, o cümlədən barmaq izləri belə cinayət işində yoxdur.
Komitənin hal-hazırda Rauf Əzizovun işinə baxan Qusar Rayon Məhkəməsinə təsir etmək, təzyiq göstərmək niyyəti yoxdur. Lakin soydaşımızın hüquqlarını sonadək müdafiə edib, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində müdafiəsinə imkan verən istənilən hüquqi mexanizmi işə salacağını öhdəsinə götürüb. Komitə Rauf Əzizova qarşı qaldırılmış müəmmalı cinayət işinin əsl qiymətini almasına sonadək nəzarət edib, məhkəmə prosesləri zamanı onun hüquq və mənafelərini də tam qoruyacaq”.
Xatırladaq ki, araz.az-ın 27.04.2019-cu il tarixdə dərc etdiyi “Fəal diasporçuya “Samur” gömrükçüləri niyə “torba tikiblər”?! — Müəmma” sərlövhəli geniş araşdırma yazısı da, nənəsinin yaş yerinə tələsən Rauf Əzizovun başına gətirilən qanunsuzluqlar barəsindədir. Həmin yazımızın əsas mahiyyəti ondan ibarətdir ki, Rauf Əzizovun etmədiyi cinayəti yalandan boynuna alması üçün, gömrük əməkdaşlarının onun başına acmadıqları oyun qalmayıb. Hətta qabaqcadan planlaşdırdıqları iyrənc məqsədlərinə nail olmayanlar, axırda, ona deyiblər ki, dediklərinə imza atsa, ona kömək edərlər. Beləcə, indi məhkəməsi gedən diaspor fəalını açıq-aşkar şərləmək istəyən gömrükçülər bu oyundan üzüağ çıxmaq haqqında baş sındırıb, bütün iyrənc vasitələrə əl atıblar.
Əməkdaşlarımız dərin jurnalist araşdırmalarından sonra belə qənaətə gəliblər ki, doğrudan da, Azərbaycan əsilli Rusiya vətəndaşının ittiham olunduğu bu cinayət işində başa düşülməyən çox qanunsuzluqlar və sirli məqamlar var.
Müəmma dolu bu həbs barədə ətraflı məlumat almaları üçün, oxucularımıza linkini aşağıda verdiyimiz həmin geniş araşdırma yazımızı oxumalarını məsləhət görürük:
http://araz.az/index.php/zhuend-m/6038-f-al-diaspordzuya-samur-zhoemruekdzuel-ri-niy-torba-tikibl-r-mue-mma
Məhi ELSEVƏR,
araz.az saytının xüsusi müxbiri.
REDAKSİYADAN:
Rusdilli oxucularımız üçün də maraqlı olsun deyə, Rusiya Azərbaycanlıları İttifaqı mətbuat xidmətinin bununla bağlı rus dilində olan açıqlamasını da dərc etməyi qərara aldıq;
СОЮЗ АЗЕРБАЙДЖАНЦЕВ РОССИИ СОЗДАЛ КОМИТЕТ ПО ЗАЩИТЕ ПРАВ РАУФА АЗИЗОВА
По поручению Президента Союза Азербайджанцев России (САР) Физули Мамедова создан Комитет по защите прав арестованного представителя азербайджанской диаспоры России, сына Представителя САР в Дагестанской Республике Ракифа Азизова — Рауфа Азизова. Хотим особо отметить, что сам Рауф Азизов также является одним из активных представителей азербайджанской диаспоры в России и занимает должность заместителя Председателя Национально-Культурной Автономии Азербайджанцев в Дагестанской Республике.
Адвокаты Рауфа Азизова считают, что в уголовном деле их подзащитного имеется множество противоречий, нет твёрдых неоспоримых доказательств, свидетельствующих о вине Рауфа Азизова. В частности, не совпадают показания свидетелей, видеосъёмка при аресте Рауфа не была произведена, нет опечатки его пальцев и т.д. Мы не собираемся оказывать давление на азербайджанский суд, где рассматривается его дело. Однако Комитет по защите прав Рауфа Азизова намерен в рамках законодательства Азербайджанской Республики защищать его в суде.
Данный Комитет, в который вошли лучшие представители азербайджанской диаспоры в России — Физули Мамедов, Эльнур Гусейнов, Мирказым Сейидов, Анар Гасанов, Тофик Рзаев и Фаррух Ганбаров, намерен добиваться скорейшего освобождения Рауфа Азизова и возвращения его к своей семье. У Рауфа трое маленьких детей.
Комитет возьмёт уголовное дело против Рауфа Азизова под свой контроль и до конца будет защищать его права и интересы в ходе судебного процесса.
araz.az xəbər portalı.