İrandakı nüfuz sahibi universitetlərin və orta məktəblərin tanınan müəllimlərinin ölkəni tərk etmə halları narahatedici səviyyədə artıb. Deyilənlərin təsdiqi kimi yalnız onu demək kifayətdir ki, son bir-neçə ildə universitet müəllimlərinin 25 faizi xarici ölkələrə mühacirət edib.
araz.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf çəkinmədən və həyacanla deyib. O, xaricə köçənlər arasında savadlı müəllimlərin və tələbələrin xüsusilə çoxluq təşkil etdiyini də xüsusi olaraq vurğulayıb.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian da, millət vəkili olduğu vaxt müəllimlərin ölkəni tərk etmə hallarının artması ilə bağlı bir-neçə dəfə həyacan doğuracaq səviyyədə xəbərdarlıq etmişdi. Bunu, həm də İranın sağalmaz bəlası kimi dilə gətirmişdi.
Tahir HÜSEYNOV,
araz.az xəbər portalı.
AKTUAL
Evlərinə qayıdan suriyalı qaçqınlar: “Türkiyəni əsla unutmayacağıq!”, — deyə, öz minnətdarlıqlarını türk xalqına çatdırır
Ölkələrində baş verən vətəndaş müharibəsi qorxusu səbəbindən qaçaraq, Türkiyəyə sığınmış suriyalılar artıq evlərinə qayıdırlar. …