İsrail Beynəlxalq Cinayət Məhkəməsinin Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsi ilə bağlı Qərara hüquqi baxımdan da etiraz edib.
araz.az xarici mətbuata istinadən bildirir ki, bu məqsıdlə hökumətin müvafiq qurumları “Qəzzada müharibə və insanlığa qarşı cinayətlər”lə çıxarılan qərarın ləğvi üçün apellyasiya şikayəti verib.
Məlumata görə, şikayətdə həsb orderinin əsassız olması əsas gətirilərək, ləğvi tələb olunub: “Hökumət şikayətə baxılana qədər həbs qərarlarının icrasının təxirə salınmasını da istəyir”.
Xatırladaq ki, Qərar çıxarılan günü İsrail hökuməti hökmü “yox” səviyyəsində sayaraq, tanımadıqlarını bəyan etmişdi. Hətta Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs Qərarının qanuniliyi şübhə altına alınmışdı.
araz.az xəbər portalı.