Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasına yeni səfiri təyin edilib. araz.az bildirir ki, bu barədə qardsaş ölkənin nüfuzlu “Anadolu” Agentliyi məlumat yayıb.
Məlumata görə, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.
Xatırladaq ki, buna qədər Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı olub.
araz.az xəbər portalı.