140205153436_sochi-ssakov_olimpics_640x360_bbc.jpg


Erməni KİV-ləri növbəti şok yaşayıblar. Gürcüstanın Marneuli rayonunun ermənilər yaşayan Çanaxçı kəndinin sakinləri qonşuluqda yaşayan azərbaycanlıları həddindən çox sevdiklərini deyirlər.

Araz.az bildirir ki, bu barədə Gürcüstanın məşhur “Rustavi-2” telekanalı kəndə həsr etdiyi reportajında bildirib.

 Reportajda bildirilir ki, əslində kənddə yaşayan 300 erməni üçün vəziyyət dözülməz olmalıdır – dörd tərəfdən azərbaycanlılar yaşayan kəndlərlə əhatə olunub, işıq, internet, qaz və su problemi var və s…

Erməni mətbuatı da məsələyə xüsusi diqqət yetirib, gürcülərdən və azərbaycanlılardan intiqam hissi ilə alışıb-yanaraq yeni “məzlum, biçarə, əzabkeş” erməni obrazı yaratmaq üçün Çanaxçıya axın edib. Bu, həm də Gürcüstanla Ermənistan arasında son aylar Abxaziyadan və Cənubi Osetiyadan keçən nəqliyyat dəhlizlərinin açılması məsələsində yaranmış fikir ayrılığına bir növ reaksiya sayıla bilər. Ermənistan Gürcüstanı dilə tutur ki, hər iki regionun işğalı faktoru ilə barış və Rusiya ilə nəqliyyat dəhlizlərini aç ki, ermənilər rahat gəlib, getsinlər, Qarabağın işğalına görə düçar olduqları blokadadan xilas olsunlar. Bu, təbii ki, Gürcüstanın xoşuna gəlməyib… Gürcüstan da Ermənistana qarşı preventiv addımlar atıb və onun göndərdiyi səfiri qəbul etməyib.

Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri

Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri

Əlqərəz, bunlar başqa söhbətin mövzusudur. Vaqeə belidər ki, Çanaxçıya axın edən erməni KİV-lərinin arzusunu elə həmin kəndin erməniləri gözündə qoyublar. Məsələn, “Sputnik Armeniya”ya müsahibə verən kənd məktəbinin 81 yaşlı tarix müəllimi Melis Badalyan bildirib ki, bu çətin həyatlarını məhz azərbaycanlılarla qonşu yaşamaq yüngülləşdirir və ümkmiyyətlə, gürcülərə baxanda münasibətləri azərbaycanlılara daha yaxşıdır: “Biz siyasətə baxmırıq, sülh və harmoniya şəraitində yaşayırıq. Bir-birimizə qonaq gedirik və dostluq edirik. Ərzaqları əsasən azərbaycanlılardan alırıq”.

Beləliklə, faşizm ideoloqu olan Njdenin aşiqi Serj  Sarkisyan tərəfindən zombiləşdirilmiş erməni KİV-lərinin əl boş qalıb. İndiyə kimi azərbaycanlılardan başkəsən obrazı yaratmaq üçün çox çalışmışdılar. Amma birdən-birə Çanaxçı erməniləri onların şər ocağının üstünə su səpdi.    /İstiPress-in/

araz.az xəbər portalı.