Rusiya Azərbaycanlıları İttifaqının İdarə Heyətinin üzvü, Təşkilatın Dağıstan Respublikası üzrə təmsilçisi Rakif Əzizovun oğlu Rauf Əzizov bu gün 10 ay davam edən istintaq-məhkəmə prosesindən sonra Qusar Rayon Məhkəməsinin qərarı ilə 11 sentyabr 2019 cu il tarixində azadlığa buraxıldı.
Bu haqda Araz.az -a Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Rauf Əzizovun azadlığa buraxılması üçün Rusiya Azərbaycanlıları İttifaqı bu aylar ərzində müvafiq tədbirlər gördü. Soydaşımızın azadlıqdan məhrum edildiyi ilk günlərdən etibarən Təşkilat tərəfindən Azərbaycanın və Rusiyanın müvafiq qurumlarına məktublar və müraciətlər ünvanlanmış, məhkəmə prosesinin işıqlandırılmasına KİV mənsubları cəlb edilmişdi. 2019 cu ilin avqust ayında isə Rusiya Azərbaycanlıları İttıfaqının prezidenti Fizuli Məmmədov və İdarə Heyətinin üzvlərinin iştirakı ilə «Rauf Əzizovun haqqlarının müdafiə komitəsi» yaradılmışdı. Bu müddət ərzində komitə Rauf Əzizovun azadlığa çıxması üçün müvafiq tədbirlər həyata keçirtmişdi.
Rauf Əzizovun azadlığa buraxılmasında xidməti olan soydaşlarımıza, işə ədalətli qərar verilməsində yardım etmiş dövlət instansiyalarına, – Azərbaycan Respublikasının Preizdent Administrasiyasına, Diasporla İş üzrə Dövlət Komitəsinə, Ədliyyə Nazirliyinə, Qusar Rayon Məhkəməsinə təşəkkür edirik.
araz.az xəbər portalı.