Noyabrın 27-dən başlayaraq, Suriyada bir-neçə iri şəhəri müxaliflərlə döyüşddə itirən prezident Bəşər Əsəd ordunu ruhlandırmaq üçün kritik həmlə edib.

araz.az xəbər verir ki, hazırda ölkənin 4-cü iri şəhəri Həa uğurunda mübarizənin getdiyi bir məqamda Bəşər Əsəd mühüm fərman imzalayıb.

Fərmana əsasən, bütün hərbçilərin maaşı 50 faiz artırılıb: “Prezident Bəşər Əsəd bununla ordusunu əks-hücumda ruhlandırmağa çalışır”.

Məlumatda deyilir ki, Suriyanın mərkəzində strateji mövqedə olan Həmada dünən axşam saatlarından etibarən müxaliflər şəhəri üç tərəfdən mühasirəyə alıb: “Səhərədək intensiv toqquşmalar davam edib”.

Həmadakı döyüşləri “Əl-Cəzirə” son bir neçə gündə baş verən ən mühüm hadisə kimi təsvir edir: “Suriya administrasiyasının paytaxt Dəməşqi qorumaq üçün sonuncu qala mənasını verən Həmanı əldə saxlamaq həyati əhəmiyyət kəsb edir”. /mia.az/

araz.az xəbər portalı.