5 dekabr 2024-cü il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova seçicilərlə növbəti qəbulunu keçirdi. Görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırdılar.
araz.az “Yeni Gundem”-ə istinadən xəbər verir ki, görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən sosial təminat, məşğulluq, təqaüd, infrastruktur problemləri və digər məsələlər ətrafında oldu. Deputat hər bir müraciəti diqqətlə dinlədi, lazımi tədbirlər görülməsi üçün aidiyyəti qurumlarla əlaqə saxlanılacağını bildirdi.
Elnarə Akimova vətəndaşlarla görüşün önəmli olduğunu vurğuladı və qeyd etdi ki, seçicilərin rifahını yaxşılaşdırmaq, onların üzləşdiyi çətinliklərin həllinə nail olmaq onun fəaliyyətində əsas prioritetdir.
Deputat gələcəkdə də belə görüşlərin davamlı olacağını və hər bir müraciətin diqqət mərkəzində saxlanılacağını bildirib.
araz.az xəbər portalı.