Ermənistan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin Maltada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təklifini rəsmi Bakının rədd etməsi ilə bağlı xəbərə münasibət bildirib.

araz.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan danışıb.

“Erməni tərəfi görüşə razılıq verib”, — o, yalnız bu cümlə ilə kifayətlənib.

Qeyd edək ki, bundan öncə Bayden Administrasiyasının Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürütdüyü və Azərbaycanla Ermənistan arasında vasitəçi olmadığı üçün rəsmi Bakının bu görüşdən imtina etdiyi məlumatı yayılmışdı.

araz.az xəbər portalı.