Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Bu o deməkdir ki, bütün seçki prosesi yenidən başlanacaq.

araz.az bildirir ki, bu barədə Qaynarinfo “News.ro”ya istinadən xəbər verib.

Məlumata görə, hakimlər bu qərarı birinci turun ləğvi ilə bağlı müraciətlərə baxılması üçün təcili iclasdan sonra veriblər.

Sorğularda Rusiyapərəst namizəd Kalina Qeorqeskunun kampaniyasının Rumıniya xaricində mütəşəkkil manipulyasiyanın nəticəsi olduğu məxfi sənədlər yer alıb.

Qeyd olunur ki, təkrar seçkilərin keçirilməsi üçün yeni tarix və təqvim proqramı müəyyən ediləcək.

Xatırladaq ki, Rumıniyada prezident seçkilərinin birinci turu noyabrın 24-də baş tutub. Rəsmi nəticələrə əsasən, birinci yeri Kalin Qeorqesku, ikinci yeri isə Yelena Laskoni tutub.

araz.az xəbər portalı.