Britaniyanın “Financial Times” qəzeti 2024-cü ilin ən nüfuzlu 25 qadınının siyahısını hazırlayıb.
araz.az xəbər verir ki, siyahıya səsini cəmiyyətə çatdıran və vacib problemləri göstərən qadınlar daxil ediliblər.
Ən nüfuzlu 25 qadının siyahısı “Qəhrəmanlar”, “Liderlər” və “Yaradıcılar” olaraq, 3 kateqoriyaya bölünüb.
“Qəhrəmanlar” kateqoriyasına rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya daxil edilib. Bura həmçinin Qəzzadan olan videobloqer Bisan Ovdanı da qeyd edib. Ovdanın sənədli filmi 2024-cü ildə televiziya və videojurnalistika sahəsində ən yüksək mükafatlardan biri olan “Emmy”yə layiq görülüb. Bu siyahıda fransalı Jizel Peliko dayer alıb. Bu kateqoriyaya, həmçinin, Paris meri Ann İdalqo, 2024-cü ildə “Pinter” mükafatına layiq görülmüş hindistanlı yazıçı Arundati Roy və təmsil etdiyi idman növünün tarixində ən titullu idmançı olan amerikalı gimnast Simon Bayls daxildirlər.
“Liderlər” kateqoriyasına Avropa rəqabət komissarı Marqret Vestager, Böyük Britaniyanın ilk qadın xəzinə kansleri Reyçel Rivz, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Meksikanın yeni Prezidenti Klaudia Şeynbaum, London Fond Birjasının baş direktoru və LGBT fəalı Culia Hoggett daxil ediliblər.
“Yaradıcılar”da yaradıcı peşə sahibi olan qadınlar qeyd ediliblər. Buraya amerikalı müğənnilər Teylor Svift və “Charli XCX”, fələstinli müğənni Elyanna, irlandiyalı yazıçı Salli Runi, aktrisa Emma Stoun, “Chloe” moda evinin kreativ direktoru Çemena Xamani, Nigeriyada doğulmuş və Londonda bir neçə restoranın şef-aşpazı, təsisçisi Adexoke Bakari daxildirlər. /Qafqazinfo/
araz.az xəbər portalı.