Amerika Beyzbol Liqasının (MLB) Qərb qrupunda mübarizə aparan “Oakland Atletiks” komandasının Las Veqasda tikilməsi planlaşdırılan yeni stadionunun dəyərinin 1,75 milyard dollar olacağı proqnozlaşdırılır.
araz.az sportinfo.az-a istinadən xəbər verir ki, klub rəsmiləri əvvəllər stadionun 1,5 milyard dollara başa gələcəyini gözlədiklərini bildirmişdilər.
Əvvəlki planlara əsasən, “proqram daxilindəki sabit xərclər” 1,45 milyard dollar, maliyyə xərcləri 52 milyon dollar, digər xərclər isə 248 milyon dollar təşkil etməli idi. Lakin artan xərclər səbəbilə əlavə büdcə tələb olunacaq.
Xərclər artaraq 1,75 milyard dollara çatıb
Komandanın əsas səhmdarı Con Fişerin müşaviri Sandi Din bildirib ki, artan xərclər komandanın məsuliyyətindədir və bu məsrəfləri əsasən Fişer ailəsinin əlavə töhfələri ilə qarşılamaq planlaşdırılır.
Nevada rəsmiləri ilə əməkdaşlıq edən Din deyib: “Stadionun artan xərcləri komandanın üzərinə düşür və bu məsrəfləri qarşılamaq üçün əsasən ailə vəsaitləri istifadə olunacaq”.
Yenilənmiş xərclər cümə axşamı Las Veqas Stadion Administrasiyasına təqdim olunan sənədlərdə yer alıb. Bu sənədlərdə Fişerin imzaladığı və 2028-ci il mövsümünə hazır olacağı gözlənilən stadionun tikintisinə 1,1 milyard dollaradək sərmayə qoyulacağı bildirilən məktub da var.
Yeni rekord: dünyanın ən bahalı stadionu
Dünyanın ən bahalı stadionu hal-hazırda 1,6 milyard dollarlıq dəyəri ilə Nyu-York “Jets” komandasının MetLife Stadionudur. Lakin “Oakland Atletiks”in Las Veqas stadionu bu rekordu yeniləyəcək.
araz.az xəbər portalı.