2025-ci ilin yanvar ayının birindən bütün növ əmək pensiyaları artırılacaq. 1 milyondan çox ölkə vətəndaşının pensiyasında artım olacaq. araz.az bildirir ki, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində də öz əksini tapıb.
Millət vəkili Vüqar Bayramov bildirib ki, indeksləşdirmə faizi hər hansı qurum tərəfindən müəyyənləşdirilən faiz deyil.
Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilən indeksləşdirmədir.
Millət vəkili onu da əlavə edib ki, vətəndaşlar pensiyalarını qarşıdakı ilin ikinci ayından etibarən artımla birlikdə ala biləcəklər.
ƏTRAFLI BU VİDEODA:
araz.az xəbər portalı.