Müsahibimiz 80-ci illər hadisələrinin öndərlərindən və Xalq Hərəkatında xüsusi rolu olan Nəsir Ağayevdir. Bu məmləkətin Azadlığı üçün çarpışmış, gecəsini gündüzlərə qataraq meydanlarda, qaynar nöqtələrdə, qızğın disskusiyalarda keçirmiş Nəsir bəyin bu günki baxımsızlığı, deyərdim ki, unudulması qəlbimizi ağrıtdı. Həyatını çarpışmalarda keçirən Nəsir bəy, bu gün də xəstəliklərlə çarpışır. Zamanında prezidentlər Elçibəylə və Heydər Əliyevlə görüşmüş bir ictimai və siyasi xadim kimi onunla söhbətimizi diqqətinizə çatdırırıq.
Bu günlərdə Nəsir Ağayevə baş çəkdik və söhbətləşdik. Ağlıma ilk gələn sual bu oldu:
X. Ə. – 90 – cı il hadisələri yenidən başlasaydı, hadisələri geri qaytarsaydılar nələri dəyişərdiniz?
N. A. – Demokratik qüvvələrin hakimiyyətə gəlməsi ciddi bir hadisədir. Çünki demokratik qüvvələr haqq-ədalət prinsiplərinə və həqiqətə söykənirlər. Amma cəmiyyət daxilində elə qüvvələr var ki, hakimiyyətə gəlmək xatirinə ən çirkin üsullara əl atırlar. Ona görə də hakimiyyətə gəlmək asandır, ancaq bu hakimiyyəti qoruyub saxlamaq çətindir. Hakimiyyətin saxlanması, hakimiyyətə gəlməkdən qat-qat çətindir.
İlk öncə bildirim ki, hakimiyyət ilk növbədə Azərbaycan xalqının maddi-rifahını yüksəltmək qayğısına qalmalıydı. Azərbaycanın yerli sənayesi inkişaf etdirilməli idi. Milli burjuaziyanın yaradılmasına diqqət yetirilməliydi. Daxili bazarda sabitlik bərqərar edildikdən sonra xarici ticarətə diqqət yetirməliydik. Ölkəyə giriş-çıxış ciddi nəzarətə götürülməliydi. Bunun üçün sərhəd xidməti və kömrük gücləndirilməliydi. Xarici təxribatçıların ölkəmizə daxil olmasının qarşısı alınmalıydı. Nəhayət bunları həyata keçirdikdən sonra Azərbaycanın ərazi bütövlüyünü qoruya bilən, xarici təxribatların qarşısını ala bilən və xalqın inamını qazanmış bir güc ortaya qoyulmalıydı. Bu da Daxili Qoşun və Milli Ordu birlikləri ola bilərdi.
Bu dövrdə gözlənilmədən qaçqın dalğasının yaranması və pərakəndə şəkildə bütün ölkəyə yayılması əlavə problemlər yaratdı. Bu böyük bir fəlakət idi. Hökumət əsasən Qərbi Azərbaycan və Qarabağ qaçqınlarından hərbi birləşmələr yaratmalıydı. Çünki bu əhali düşməni və mövcud əraziləri daha yaxşı tanıyırdılar. Qeyri bölgə vətəndaşları ərazini öyrənənəcən o yerlərin sakinləri daha məqsədyönlü iş apara bilərdilər. Sıravi ermənilərlə, xüsusən Orta Asiya, Pribaltika və Ukraynada yaşayan ermənilərlə xidmət orqanları ciddi iş aparmalı idi. Diplomatik yollarla ermənilərlə əlaqələr qurulmalıydı…
X. Ə. – Replika: Bəy, narahat olmayın ciddi əlaqələr qurmuşuq. Yetərincə vəzifələr vermişik. Hətta, nəinki onlardan qız alırıq, indi qızlarını erməniyə siğə edən onlarla binamus var, Aradadaş kimi. Amma erməni heç dəyişməyib…
Bəy, bizim əsas sualımız 90-cı illər geri dönsəydi, “müsəlmanın sonrakı ağlıyla” nəyi edər, nəyi isə etməzdiniz?
N. A.- Elçibəy komandasını hakimiyyətə gəlməsinə yol verilməməliydi…
O dövr xalqın enerjisini daxili çəkişmələrə yönəltdilər. Düşmənə qarşı mübarizə arxa planda qaldı. Bu baxımdan yanlış olan məqamlar ölkəyə zərər vurdu. Amma biz müstəqillik əldə etdik…
X. Ə. – Bu gün müstəqillik haqqında əski tendensiya, Nemət Pənahlının liderlik iddiası kimi adamlarda gülüş doğurur. Məgər Orta Asiya xalqlarını da bizmi müstəqil etdik? Deyərdim ki, ölkəmizin daim ziyaslısızlıqdan korluq çəkməısi bizi bu oyunlarda alət edib.
N. A. – Mən düşünürəm ki, hərəkat milli özünüdərk kimi başlamışdı. Ortaya hakimiyyət iddiası qoyuldu və bütün perespektivlər alt-üst oldu. Amma bəzi qüvvələr milli dövlət yaratmaq üçün atılmış addımlara şübhə toxumu səpdilər.Hətta bu istiqamətdə yaratdığım təşkilatın içərisində qüvvələri parçaladılar. Öz dostlarımı məndən ayırdılar. Mənim tək istəyim, Azərbbaycanın güclü dövlətinin qurulmasıydı. Bu qüvvələr isə birləşdirici, qurucu deyil, tam əksinə olaraq dağıdıcı, parçalayıcı kimi kodlaşdırılmışdı. Onlar heç zaman birləşdirici ola bilməzlər, bu onların missiyasına aid deyil. Bu gün də bizim ideal hesab etdiyimiz dövlət modeli ortada yoxdur. Sabah xarici şirkətlər ölkədən çəkilsə, nə baş verər? Daxili bazarımız yoxdur. Milli burjuaziyamız yoxdur. Kənd təsərrüfatı, milli sənaye sahəsində də vəziyyət ürəkaçan deyil. Monopoliya milli istehsalın yaranmasına maraqlı deyil. Mənim irəli sürdüyüm tezislərə görə, milli hakimiyyəti millət özü qurmalıdır.
O millət xoşbəxtdir ki, millət öz dövlətini qura bilir. Çünki belə qurulan dövlətlər, təmsil etdiyi xalqın mənafelərini qorumağı öz vəzifəsi hesab edir. Mən bu cür bir dövlətin qurulması uğrunda mübarizə aparmışam. Amma əfsuslar olsun ki, biz bu dövlət modelini qura bilmədik. Hətta Vətənin ağır günündə Vətənin müdafiəsini də cəza mexanizminə çevirdilər. Xoşu gəlməyənləri cəbhəyə göndərənlər, öz övladlarını əsgərliyə göndərmirdilər. Yenə düşmən hədəfdən yayındırıldı və özümüzü hədəf seçdik…
N. Ağayev: “Evində “Qardaş olub, Hayastan – Azərbaycan” oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər”
X. Ə. – Belə çıxır ki, daim düşmən elə özümüz olmuşuq?
N. A. – Bu gün iqtidar nümayəndəsi çıxıb deyir ki, gəlin birləşək, müxalifətə qarşı mübarizə aparaq. Baxın yenə də birləşib düşmənə qarşı deyil, özümüzə qarşı mübarizə aparmaq meyli ortadadır. Yəni belə çıxır ki, bizim xalqın özündən başqa düşməni yoxdur. Bu qorxunc bir yanaşmadır…
X. Ə. – Bəy, bu illər ərzində dediyiniz müxalifətin söyüşdən başqa, ortada bir konsepsiyasını, iqtisadi modelini və yaxud milli birlik konsepsiyasını görən olmayıb. Özünüz dediyiniz kimi bunlar birləşmək üçün deyil, ayrılmaq üçün proqramlaşdırılıb. Bəs siz niyə bu proseslərə qoşulmursunuz?
N. A. – Mənə tez-tez sual verirlər ki, niyə siyasi proseslərə qoşulmursunuz? Birincisi, mənim sağlamlığım imkan vermir. Ailə vəziyyətim nəzərə alınmalıdır. Mən bütün gəncliyimi və bütün həyatımı SSRİ dövründə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmişəm. Amma müstəqil ölkədə mənə olan münasibət məni yorub. Amma mən ruhdan düşməmişəm. Zəif də olsa, təki bizim dövlətimiz olsun. Vaxt gələr ki, güclü islahatlar nəticəsində dövlətimiz də güclənər. Çünki dövlət o zaman güclü olur ki, onun xalqı güclü olsun, təbii sərvətləri olsun, enerji asılılığından azad olsun. Bu gün bu resurslardan necə istifadə etməyimiz artıq bizim günahımızdır.
Qarabağ probleminin həlli daim ön planda olmalıdır. Amma bu belədirmi? Biz o vaxtlar Bakı və Kəndlər birliyi olaraq bakılı, gəlmə kimi ortaya atılmış bir imperiya planını alt-üst etməklə yanaşı, Kəlbəcəri azad etmək məqsədiylə könüllülərdən ibarət bir batalyon yaratdıq. Komandir də Abbas Hüseynovu təyin etdik.
Məqsədimiz Kəlbəcərin azad edilməsi idi. Lakin səbatsız rəhbərlik aşağıların bu istəklərini qiymətləndirə bilmədilər və sonuc da onların haqsız olmalarını ortaya qoydu. Onlar nə etdi? Polislərə göstəriş verilmişdi ki, çağrışa gələnləri çağırıb dindirməyə başlasınlar. Biz dövlətin müdafiəsi üçün ən azı 2500 nəfərdən ibarət bir hərbi birləşmənin yaranmasıyla uğraşarkən, bunlar nə ilə məşğul olurdular?
Bu batalyonla bağlı Fəhmin Hacıyevlə görüşdüm. Görüşdən sonra könüllü çağırışçılar daha çox polisə çağırılmağa başladılar. Məcbur olub Elçibəylə görüşdüm və məsələni danışdım. Orduya ehtiyacı olan bir ölkənin prezidenti dedi ki, bəy bu işlərə ehtiyac yoxdu. Biz bundan sonra Sırxavənd, Papravənd istiqmətində döyüşən hərbi hissələrə öz pullarımızla aldığımız silah-sursat apardıq. Milli Qəhrəman Şirin Mirzəyevlə görüşərək onun komandirlik etdiyi hərbi hissəyə yardımlar etdik. Bu işləri özümüzün vətəndaşlıq borcumuz sayırdıq. Amma hakimiyyətdəki səriştəsiz adamlar necə xoflanmışdılarsa, danışırmışlar ki, Nəsir Ağayev hökumət çevrilişi etmək üçün ordu yaradır.
A. H. – Azərbaycanın sabahı necə görünür?
N. A. – 1996-cı ildə İngiltərənin əlillərlə işləyən bir humanitar təşkilatı ilə tanış oldum. Anladım ki, bu təşkilat Azərbaycanı qul dövlətinə çevirmək üçün kadrlar axtarır. Bu gün milli təhlükə narkotiklərdən çox, belə təşkilatlardan gəlir. Azərbaycanın evini toleriantlıq, kosmopolitlik yıxacaq. Yerli superetnosun hakimiyyətdə və digər sahələrdə təmsilçilik proporsiyası pozulub. Azərbaycanın idarə edilməsində ən nadan üsul olan bölgəçilik, regionçuluq əsas yer tutur. Super etnos olan türklərin bu bölgüdə yer alması mində bir faizdir. Onu da nümunə kimi göstərirlər ki, baxın bu da türkdür. Ancaq millətə layiq olmayan, dövlət siyasətindən xəbəri olmayan adamlar dövlət strukturlarında oturublar. Bu milli faciədir. Həm də siyasi cinayətdir. Biz də bu siyasi cinayətə şahidlik edirik.
X. Ə. – Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
N. A. – Bu gün bütün vasitələr Qarabağın azad edilməsi üçün səfərbər edilməlidir. Bu işə qarabağlılar cəlb edilməlidi, milli sərvətlər bu iş üçün xərclənməlidir. Ölkənin sərvətləri, hakimiyyəti qorumaq üçün deyil, villalar tikmək üçün deyil, məhz torpaqlarımızın azad edilməsi üçün sərf edilməlidir. Azərbaycanın ərazisi işğala məruz qalıb, bizdən güzəşt tələb edirlər. Rayonlarımız işğal edilib, qızılı daşınıb, meşələri dağıdılıb, insanlara məxsus əmlaklar talan edilib bizi güzəştə məcbur etmək istəyirlər. Bu zərərlə dəqiq hesablanmalıdır. Biz susmaqda ikən, ermənilər Bakıdan, Sumqayıtdan satıb getdikləri evlərə görə kompensasiya tələb edəcəklər. Amma biz bu istiqamətdə də heç bir iş görmürük.
Bir diplomat dostum vardı. Bir dəfə soruşdum ki, biz necə qalib gələ bilərik? O, dedi ki, o zaman qalib gələcəksiniz ki, düşmənə qarşı mübarizədə öz düşməninizdən istifadə edə biləcəksiniz. Ermənilər bu üsulla qalib gəldi və düzdü bu sahədə rus kəşfiyyatı ilə birgə planlar qurdular. İçimizdəki xainlərdən istifadə etdilər. Amma biz ATƏT Minsk Qrupunun həmsədrlərini pişvazlamaqla məşğuluq.
A. H. – Arvadı və anası erməni olanların erməniyə qarşı mübarizə aparacağına inanırsınızmı?
N. A. – Əlbəttə inanmıram. Milli hakimiyyət formalaşdırılmalıdır. Ona görə də belə adamlar könüllü olaraq istefa verməlidirlər. Türkiyədə ordu komandanlığında seçilmiş adamlar yerləşdirilir. Amma bizim orduda 30 ildə Azərbaycan dilini öyrənə bilməyən adamlar at oynadırlar. Ordudakı bütün əyintilərdə belələrinin adı keçir. Biz mənfur bir düşmənlə üz-üzəyik. Onlar 24 saat bizim əleyhimizə iş aparırlar. İçimizdə onların əlaltılarından ibarət günbəgün güclənən kolon, artıq millətə dirsək göstərirlər. Bu məsələni hökumət araşdırmalıdır. Nəticə ağır ola bilər. Millət ayılmalıdır, çünki proseslər düşmənin diqtə etdiyi məcraya yönəldilib. Bir zamanlar Azərbaycan xalqına xalqlar dostluğu pərdəsi arxasında bu mahnını oxudanlar, hələ də siyasi meydandadırlar:
“Kür, Araz, Ararat,
Gözəldir bu həyat
Qardaş olub, Hayastan, Azərbaycan!”
Qardaş yox ər-arvad olublar. Erməninin 100 illik xəyallarını, işğal planlarını mahnı kimi bizə oxudublar. Biz də oxuyub, oynamışıq. Yəni erməni işğal planını- Kür-Araz ovalığı və Türkiyədən də Araratı qoparmaq planını, kim ədəbi dillə bizə sırıyıb? Kİm edib bunu? İslam Səfərli, “Kür, Araz, Ararat, Gözəldir bu həyat, Qardaş olub Hayastan, Azərbaycan!” mahnısını yazıb, Andrey Babayanla birgə. Babayanın fərasəti göz qabağındadır. Millət ayıq olmalıdır. Evində “Qardaş olub, Hayastan, Azərbaycan” oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər.
N. Ağayev: “Evində “Qardaş olub, Hayastan – Azərbaycan” oxudanlar, bəsləyənlər Qarabağı azad edə bilməzlər”
– Müsahibə üçün sağ olun!
Müsahibəni Xaqani Ədəboğlu və Abba
araz.az xəbər portalı.