Zelzele-turkiyed-26092019.jpgTürkiyənin Silivri şəhərində 3,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “milliyet”ə istinadən verdiyi xəbərə görə, yeraltı təkan yerli vaxtla saat 10:32-də qeydə alınıb.

Zəlzələnin ocağı yerin 7,78 km dərinliyində yerləşib. Dağıntılar və xəsarət alanlar olmayıb.

Qeyd edək ki, son günlər Türkiyədə ard-arda zəlzələlər baş verir.

***

Silivridən sonra İstanbulda saat 14:00-da 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ ocağı yerin 12 km dərinliyində yerləşib.

Qorxu keçirən əhali küçələrə axışıb.

Qeyd olunur ki, İstanbulda bütün mobil operatorlar çöküb.

Məktəblər də daxil olmaqla digər təhsil müəssisələri, xəstəxanalar, ticarət mərkəzləri boşaldılıb.

***

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələni 5,8 bal, Kandilli Rəsədxanası isə 5,7 bal gücündə təyin edib.

***

İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu zəlzələ barədə açıqlama yayıb.

“Mərmərə dənizi sahillərində 12 km dərinlikdə, 5.7 bal gücündə zəlzələ baş verib. Bütün bölgəyə keçmiş olsun. Dağıntılar və xəsarət alanlar barədə hər hansı bir məlumat yoxdur”.

***

Məlumata görə, İstanbulun Avcılar rayonunda məscidin minarəsi dağılıb. Hadisə yerinə çoxlu təcili tibbi yardım briqadaları cəlb edilib.

***

Saat 14:00-da baş vermiş zəlzələdən sonra 14:08-də 3,1, 14:16-da 2,7, 14:19-da 3,2 və 14:26-da 4,2 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. 

[bt_youtube url=”https://youtu.be/iapGdR7q6zY” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

 








 

araz.az xəbər portalı.