Suriyada verilən ilk qərarlar diqqətçəkəndir. Silahlı müxalifət komandanlığı dövlət mediasının əməkdaşlarına təzyiq və hər hansı şəkildə təqibi qəti şəkildə qadağan edib.

araz.az xəbər verir ki, bu barədə bu ölkənin yerli nəşrləri məlumat yayıblar.

“Ali Komandanlıq: Suriya televiziyası, televiziya və radio yayımı agentliyinin əməkdaşlarını, sosial şəbəkələrin sahiblərini təqib etmək qəti qadağandır. Onlara qarşı hər hansı təhdid etmək də qadağandır”, — məlumatda qeyd olunub.

Bildirilib ki, əmri pozmağa görə, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan başqa, Suriya silahlı müxalifətinin komandanlığı qadınları hicab taxmağa məcbur etməyə də qadağa qoyub.

araz.az xəbər portalı.