afaqas.jpg
“Bəs onda milli-mənəvi dəyərlərin təbliği adı ilə edilən nitqlər, yaranan təşkilatlar nəyə gərəkdir?..”
3 cümlə ilə bir “quş”…

 
 Ötən həftə, özü də Kərbəla şəhidlərinə, eləcə də bu günlərdə Qarabağda bu dövlət(!) üçün can vermiş igidlərimizə yas tutduğumuz bir vaxtda  “Space” telekanalında(hərçənd, digərlərində də belə hallar çox olur) yayımlanan verilişlərin birində aparıcının həddindən artıq açıq-saçıq geyimdə efirə çıxması ilə bağlı tanınmış telejurnalist Telli Pənahqızının və digərlərinin kəskin açıqlamalarından sonra  MTRŞ rəsmisinin buna reaksiyasından belə nəticə çıxdı ki,  lazım olanda yekə-yekə “müsəlman”, “türk ölkəsi” adlandırılan bu məmləkətdə müəyyən edilmiş hallarda və kimlər üçünsə qanunu pozmaq olmaz, amma milli-mənəvi, dini, əxlaqi dəyərləri, Azərbaycanın kişiliyini, qadınlığını tapdasan, onların üstündə lüt-əndam “şalako” getsən də, problem yoxdur…
 
Əslində mövcud gerçəklik pəncərəsindən baxanda  MTRYŞ rəsmisini bir yandan qınamırsan; nədən ki, son 20-25 ildə teleekran və konsert salonlarında Azərbaycanda milli, mənəvi dəyərlərin nümayişkaranə tapdanmasına göz yumulub və əksinə, xalqın ümummilli əxlaqını heçə sayanlara “Xalq(!) artisti”, “Əməkdar artist” kimi fəxri adlar verdirilib…
 
On illərdir ki, az-çox qeyrəti, vicdanı qalmış kişilərin, ziyalıların, jurnalistlərin isə harayı eşidilmir; yəqin, milli-mənəvi dəyərlərin təbliği, müdafiəsi adı ilə edilən nitqlər,  çıxışlar bu adlar altında yaranan təşkilat və fondlar da elə gözə kül üfürmək və kimlərinsə maaş, qrant alması üçündür…
 
Sultan Laçın

araz.az xəbər portalı.