Millət vəkili Anar Məmmədov Talış kəndində Aslanovlar ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

araz.az xəbər verir ki, görüşdə millət vəkili ilə yanaşı, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edib.

Millət vəkili ilə söhbətdə Talış kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.

Onlar Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildirib, doğma yurda qayıdışın sevinci ilə yanaşı, burada gördükləri işlərdən də söz açıblar. /“Yeni Gundem”/

 

araz.az xəbər portalı.