Viza.jpgAzərbaycan 2019-cu ilin dördüncü rübündəki Pasportlar İndeksi reytinqində 76-cı yeri tutaraq əvvəlki reytinqə nisbətən 2 pillə irəliləyib.

“Henley & Partners” məsləhət şirkətinin hesabatına görə, hazırda Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilər. Reytinqin lideri vətəndaşları 190 ölkəyə sərbəst gedən Yaponiya ilə Sinqapurdur, daha sonra 188 göstəriciyə malik Cənubi Koreya, Almaniya, Finlandiya, 187 göstəriciyə malik Danimarka, Lüksemburq, İtaliya gəlir.

Cəmi 109 ölkənin daxil olduğu reytinqdə ən çox – beş pillə irəliləyən ölkə Birləşmiş Ərəb Əmirlikləri 172 göstərici ilə 15-ci yerdədir.

Hüquqi cəhətdən ən zəif pasportlara malik ölkələr Əfqanıstan (25 ölkə), İraq (27 ölkə), Suriya (29 ölkə), Pakistandır (30 ölkə).

Xatırladaq ki, “Henley & Partners” məsləhətçi şirkəti reytinqi ildə dörd dəfə tərtib edir. (Report)

araz.az xəbər portalı.