DTX-nin əməkdaşları da, Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
araz.az xəbər verir ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri Xiyabanda olublar. Onlar Ulu Öndərin məzarını ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülub.
araz.az xəbər portalı.