Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Tərəqqi medalına layiq görünənlər arasında ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Tamam Cəfərova da var.
Tamam Cəfərova mart ayından etibarən ADU-da prorektor vəzifəsində çalışır.
ADU THİK sədri Şahin Sərdarlının verdiyi məlumata görə, bu günə kimi Tamam Cəfərova onlarla tələbənin təhsil haqqına dəstək olub:
“Mən bunun biləvasitə şahidi ololmuşam. Tamam Jafarova bu ada həqiqi layiq olan şəxslərdəndir” – deyə Ş.Sərdarlı feysbuk profilində yazıb.
araz.az xəbər portalı.