Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri Xiyabanı ziyarət edib,

Bu barədə Agentlikdən araz.az-a daxil olan məlumatda deyilir ki, əməkdaşlar tərəfindən Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Daha sonra Agentliyinin rəisi, general-mayor İlqar Abbasov Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyub.

Bundan sonra, Ümummilli Lider  Heydər Əliyevin anım günü ilə bağlı tədbir Agentliyin aparatında davam etdirilib və tədbirin sonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş sənədli filmə baxılıb.

araz.az xəbər portalı.