Şirvan Şəhər İcra Hakimiyyəti cari ilin dekabr ayının 6-da “Şirvan şəhərində abadlıq işləri” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
araz.az qlobal.az-a istinadən xəbər verir ki, satınalmanın məbləği 195.272 manat olub.
İcra Hakimiyyəti satınalmada “AS-TƏMİR TİKİNTİ” (VÖEN: 2100971171) Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Bu MMC 2017-ci ildə təsis olunub. Şirkətin hüquqi ünvanı Şirvan şəhərindədir. Şirkətin qanuni təmsilçisi Anar Ağasəf oğlu Mustafayevdir.
Şirvan Şəhər İcra Hakimiyyəti keçirdiyi bu satınalmada qanun pozuntusuna yol verib. Belə ki, İcra Hakimiyyətinin qalib etdiyi “AS-TƏMİR TİKİNTİ” MMC-nin hazırda dövlətə 351.252 manat vergi borcu var. Belə bir MMC-nin tender qalibi kimi elan olunmasına isə, qanun yol vermir.
araz.az xəbər portalı.