araz.az xəbər verir ki, seçicilərini fərdi qaydada qəbul edən deputat onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.

Deputat qeyd edib ki, Bərdə şəhərində seçicilərin növbəti qəbulunu keçirdik. Qəbulda vətəndaşların çoxsaylı müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən suvarma və içməli su, yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, torpaq məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu.

Növbəti vətəndaş qəbulumuz dekabrın 21-də Bərdə rayonu Yeni Daşkənd kəndində keçiriləcək və işin effektivliyini artırmaq məqsədilə vətəndaşların qəbula öncədən yazılması xahiş olunur. Vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında yerləşən ofisimizə müraciət edə və ya 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.

araz.az xəbər portalı.