Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovdan xəbər var. araz.az xəbər verir ki, o, iki gün əvvəl Fəxri Xiyabanda mərhum Heydər Əliyevin məzarını ziyarət edib.

Maraqlıdır ki, o, bu ziyarətə keçmişdə gömrükdə çox yaxın olduğu polkovnik Cəlal Qurbanovla bərabər gəlib.

Bu barədə hurriyyet.az saytı xəbər və fotolar yayıb.

Etibarlı mənbə məlumatına əsasən, Aydın Əliyevin Gömrük Komitəsi sədri vəzifəsindən getməsindən sonra, həmin komitəyə sədr təyin olunan Vüsal Novruzovun doğma kəndçisi Səfər Mehtiyev onu “yol”a verməyib. Daha dəqiqi, hər iki şəxs sədr postuna iddialı və fərqli ətrafa sahib olduğundan bir-birlərinə münasibətləri kəskin olub:

“Mıəhz bu səbəbdən Səfər Mehdiyev sədr təyin olunan kimi Vüsal Novruzova qarşı təzyiqlər başladı. Vüsal Novruzovun istər gömrük, istərsə də gömrükdən kənar bəzi fəaliyyətləri də Səfər Mehdiyevə üstünlük sağlayan əsas faktorlardan biri olub. Nəhayət, Vüsal Novruzov vəzifəsindən azad olundu, fəaliyyəti təftiş olunmağa başladı. Onun hətta həbs olunma ehtimalı da çox ciddi olub.”

Məlumatlı mənbə onun həbsdən necə yayınması və hazırda hansı işlə məşğul olması barədə də maraqlı ididalar səsləndirib. Mövzu diqqətdədir.

araz.az xəbər portalı.