Xəbər verdiyimiz kimi, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “AQA” Şirkətlər Qrupunun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçini həbs edib. Şirkətin vitse-prezidenti Q. Dəmirçi ağacları kəsərək, təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.

araz.az bildirir ki, bu arada gununsesi.info -nun araşdırması zamanı bəlli olub ki, Qafar Dəmirçi  Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın nəvəsi Sezən Məmmədova ilə ailəlidir.

Xatırladaq ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox – təxminən 8 milyon manatdan çox ziyan dəyib.

Qafar Dəmirçi ilə birgə, şirkətin bir-neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q. Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.

 

araz.az xəbər portalı.