Türkiyə Rusiyanın “Qazprombank”ının sanksiya siyahısından çıxarılması üçün ABŞ-a müraciət edib.

araz.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Ankaranın ABŞ-dan ölkənin enerji təhlükəsizliyinin təmini baxımından önəmli olduğu üçün, məsələnin yenidən nəzərdən keçirilməsi istədiyi bildirilir.

Qəzet yazır ki, Rusiyanın Avropa İttifaqına qaz tədarükünə görə ödənişlər “Qazprombank” vasitəsilə həyata keçirilir. İndi bu bankın sanksiyalar siyahısına düşməsi Ankara üçün əlavə çətinliklər yaradacaq.

Qeyd edək ki, “Qazprombank”a sanksiyalar bir-neçə həftə öncə tətbiq edilib. Sanksiyalardan dərhal sonra rublun devalvasiyası müşahidə olunub.

araz.az xəbər portalı.