yuliya-yuzik.jpgRusiyalı diplomatlar Tehrandakı həbsxanada saxlanılan jurnalist Yuliya Yuziklə görüşə buraxılmayıblar.

Araz.az “Ura.ru” saytına istinadla xəbər verir ki, bunu Yuzikin keçmiş əri, “Lenta.ru” saytının əməkdaşı Boris Voytsexovski bildirib.

O deyib: “Bilirəm ki, sragagün və dünən konsulluqlarımızın nümayəndələri İran Xarici İşlər Nazirliyində idi, Yuliya ilə əlaqə qurmaq üçün bir şey etməyə çalışırdılar. Anladığım qədər cəhdlər bu günə qədər nəticəsiz qalıb. O, hələ də istintaq təcridxanasındadır və heç olmasa bir qərar və ya Rusiya rəsmi nümayəndələrindən biri ilə görüşmək üçün fürsət gözləyir”.

Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı şərh etməyib.

Voytsexovski qeyd edib ki, oktyabrın 5-nə təyin olunan məhkəmə iclası naməlum vaxta təxirə salınıb. “Fakt budur ki, həftəsonu idi. Hamı ümid edir ki, bəlkə də bu gün bir şey baş verəcək”.

Voytsexovski xanım Yuziklə hələ də telefon əlaqəsi olmadığını vurğulayıb.

Yuzikin vəkili Həsən Ağaxani isə bildirib ki, müvəkkili ilə görüşə bilməsə də, işi aparan müstəntiqlə ünsiyyətdə olub. Müstəntiq həbsin İsrail kəşfiyyatı ilə əlaqə ittihamını təsdiqləməyib.
İran hökumətinin rəsmi sözçüsü Əli Rəbii də rusiyalı jurnalistin viza problemləri ilə bağlı saxlanıldığını bildirib.

Yuliya Yuzikin yaxından tanıyan bir şəxs isə anonimlik şərtilə “Azadlıq Radio”suna deyib ki, son dəfə İranda olarkən, “ona bu ölkədə arzulanmaz adam olduğu deyilib”.

Həsən Ağaxaninin sözlərinə görə, rusiyalı jurnalist hələ 1 həftə də istintaq təcridxanasında saxlanılacaq.

Xatırladaq ki, Yuliya Yuzik Tehranda həbs olunub. Jurnalistin ailəsi həbsdən onun zəngi ilə xəbər tutub. İlkin məlumata görə, jurnalist İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur.

Araz.az

araz.az xəbər portalı.