“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.

araz.az qaynarinfo-ya istinadən bildirir ki, tərəflər arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. Lakin işin təfərrüatları bəlli deyil.

Mehman Qədimbəylinin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Səlma Salahova iş üzrə hakim təyin edilib.

Qeyd edək ki, Mehman Qədimbəyli Prezident Adminstrasiyasının ləğv edilmiş ictimiai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun köməkçisi olub. Bundan başqa, ötən il Türkiyədə həbs edilən azərbaycanlı “tiktoker”lərin siyahısında onun da adı keçib.

araz.az xəbər portalı.