Türkiyə Suriyada mərkəzi oyunçu kimi yerini gücləndirdi. MİT rəhbəri İbrahim Kalının Əməvi məscidində HTŞ lideri Əbu Məhəmməd əl-Colani ilə birlikdə namaz qılması simvolik addımdır və Suriyada yaşanan dəyişikliyin dərinliyini göstərir.

araz.az publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Maariv” nəşri yazıb.

Nəşrdə Təl-Əviv Universitetinin araşdırmaçısı Hay Eytan Cohen Yanarocakın qələmə aldığı “Ərdoğanın jokeri ortaya çıxdı: İsraili sarsıdan türk oyunu” başlıqlı məqalədə qeyd olunur ki, Türkiyə Suriyada əsas gücə çevrildi.

“Colani isə Ərdoğanın valisi kimi danışır. Çünki hazırda onun İsrailə qarşı çıxması mümkün deyil, xüsusilə Suriyanın bütün konvensional ordusunun yox edildiyi fonunda. Suriyada Türkiyə üçün təhdid PYD/YPG (PKK) qüvvələridir. Bu təhdid aradan qaldırıldıqdan sonra Türkiyə Suriyada digər məsələlərə yönələcək, onlardan biri də İsraildir. İsrail Xarici İşlər Nazirliyi hərəkətə keçməli və MOSSAD yenidən bəzi mesajlar verməlidir. Lakin bildiyim bir şey var ki, bu addımlar çətin olacaq”, — o bildirib.

araz.az xəbər portalı.