Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq media konfransında deyib.
O qeyd edib ki, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artır: “Neqativ hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallara qarşı birgə çıxmağı tələb edir”.
araz.az xəbər portalı.