Dekabr ayının 14-ü və 15-də Gəncə Memorial Hospitalı rəhbərliyinin xüsusi dəvətilə, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya Kafedrasının dossenti, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, həkim-torinolarinqoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Məzahir Quliyev tərəfindən tibbi aksiya həyata keçirilib.

araz.az xəbər verir ki, aksiya çərçivəsində pasiyent qəbulu təmənnasız olaraq həyata keçirilib. Aksiyadan Gəncə şəhəri və ətraf regionlarda yaşayan sakinlər yararlanıb. Bu xeyirxah aksiyada mütəxəssis həkimlər öz peşəkar təcrübələri vasitəsilə burun, boğaz, qulaq və baş-boyun nahiyəsində yaranan müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsini həyata keçiriblər.

Aksiyanın əsas məqsədi əhalinin sağlamlıq problemlərini vaxtında aşkarlamaq və müalicəsini təmin etmək, eyni zamanda,  sosial dəstək göstərərək, ehtiyaclı pasiyentlərə lazımi tibbi yardım göstərmək olub. 

 

Fərhad MƏMMƏDOV,

araz.az xəbər portalı.