ABŞ Suriyada iqtidarı ələ keçirən HTŞ lideri Colaninin başına vaxtilə qoyduğu pul mükafatını ləğv edib.

araz.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Bəyanata görə, HTS lideri Colani haqqında məlumat üçün təklif edilən 10 milyon dollar mükafat artıq qüvvədə deyil.

Bu isə o deməkdir ki, artıq HTŞ liderinin adı ABŞ-ın terrorçularla bağlı “qara siyahı”dan çıxarılıb.

Onu da qeyd edək ki, ABŞ dövlət katibinin Yaxın Şərq siyasəti üzrə müavini Barbara Leaf, prezidentin girovlarla iş üzrə nümayəndəsi Rocer Karstens və yeni təyin olunmuş baş müşaviri Daniel Rubinşteyn Suriyaya səfər ediblər. Onlar səfər zamanı Colami ilə görüşüblər.

Səfərdən dərhal sonra belə bir qərar veirlib.

araz.az xəbər portalı.