Turan RZAYEV,                                      politoloq.

İslam dini və bu dinin hakim olduğu coğrafiya əsrlər boyu elmin, mədəniyyətin beşiyi olub. Bu, danılmaz bir faktdır! Lakin bu gün bu dinin hakım olduğu coğrafiyaya baxıram -‐ müharibə, inqilab,.. xaosdan başqa bir şey yoxdur. Din adına danışanlar isə bu durumu düzəldəcək realistik təkliflər irəli sürmək yerinə, teoloji yanaşmalardan başqa bir şey demirlər.

Yaxın şərqdəki siyasi prosesləri müşahidə edib, təhlil yazan bir politoloq kimi düşünürəm ki, vaxtında xristianlıqdakı kimi bir Martin Lüterin gəlib, islam dünyasında reform hərəkatı başlatsaydı, bəlkə bu gün islam dini nə elmdən bu qədər uzaqlaşar, nə də bu dinin hakim olduğu coğrafiyada cəhalət, gerilik,.. xaos hakim olmazdı.

Əslində, bir-neçə dəfə buna cəhdlər olub. Tam mənasında, Martin Lüter kimi olmasa da, bənzəri şəxslər müəyyən dəyəşikliyə cəhd edib. İmadəddin Nəsimi, İbn əl-Ərəbi buna misal ola bilər. Maraqlıdır ki, hər ikisi də islam dininə zidd olaraq, dəriləri soyulmaqla edam edilib.

Uzun sözün qısası, bizə saxta Mehdilər yox, həqiqi Martin Lüterlər lazımdır. İslam dininin və bu dinin hakim olduğu coğrafiyanın nicatının yolu yalnız budur!

 

araz.az xəbər portalı.