Son dövrlər hansısa vətəndaşın adına özü də bilmədən şirkət açıldığı halları artıb.

araz.az bildirir ki, həmin şəxslər məsələdən yalnız böyük vergi borcları yarandıqdan sonra xəbər tuturlar. Belə hadisə ilə rastlaşan oxucu saytımıza məktub göndərib. Həmin məktubu təqdim edirik:

“2 il əvvəl nənəmin adına şirkət yaradılıb. Bu, nənəmin xəbəri olmadan baş tutub. Dünən isə bizə Vergilər Nazirliyindən məktub gəlib. Məktubda nənəmin 78,325  manat vergi borcu olduğu qeyd olunub. Məktubda ödəmə tələb olunur və nənəmi əmtəəsiz əməliyyat apardığına görə riskli vergi ödəyicisi kimi qeydiyyata alıblar, nənəmin ölkədən giriş-çıxışına və əmlakına həbs qoyublar. Nənəmin 92 yaşı var. 4 ildən çoxdur ki, skeleroz xəstəsidir, yəni evdə heç kimi tanımır, yaddaş itkisi var. Hətta mənim özümü, anamı belə tanımır. Ölkədən getməyinə məhdudiyyət qoyulmasına etirazımız yoxdur, çünki evdən bayıra çıxa bilmir.

Amma əmlakına həbs qoyulması problemdir”. /qlobal.net/

araz.az xəbər portalı.