Tbilisidə on minlərlə insanın iştirakı ilə Qərb yönlü aksiya 26-cı günündə bərpa olunub. Hazırda Gürcüstan Prezideti Salome Zurabişili aksiyanın keçirildiyi Rustaveli prospektinə gəlib.

araz.az aktual.ge-yə istinadən xəbər verir ki, Prezidentin əraziyə gəlməsindən sonra Gürcüstan və Aİ himnlərinin səsləndirilməsinə başlanılıb.

On minlərlə etirazçı hazırda parlament binasının qarşısına gəlib, toplananların sayı artmaqdadır.

Etirazçıların tələbi dəyişməz olaraq qalır, ölkədə yenidən Parlament seçkilərinin keçirilməsi.

Aksiya hazırda dinc şəkildə davam edir, əraziyə polis əməkdaşları və Azadlıq Meydanına su şırnağı maşınları cəlb olunub.

araz.az xəbər portalı.