Türkiyənin tanınmış jurnalisti, peşəkar müharibə reportyoru və uzun illər Azərbaycanda çalışmış, “Avrasiya” qəzetinin təsisçisi İrfan Sapmaz ABŞ-da yeni fəaliyyətlərinə start verib. O, Azərbaycanın müstəqillik mübarizəsini və bu tarixi prosesdə yaşanan hadisələri geniş şəkildə işıqlandırmaq üçün tarix dərsləri layihəsinə başlayıb. Bu dərslər dünyanın ən böyük platformalarından biri olan www.teachable.com və www.udemy.com vasitəsilə yayımlanır.

araz.az xəbər verir ki, İrfan Sapmazın Musavat.com-a bildirdiyinə görə, Azərbaycanın müstəqillik mübarizəsi təkcə siyasi deyil, həm də epik bir tarixdir. 20 Yanvar faciəsindən tutmuş Qarabağ Zəfərinə qədər uzanan bu tarixi mərhələlərdə xalqın azadlıq və vətən sevgisi ilə göstərdiyi müqavimət onun şahidliyi ilə lentə alınıb. O, Azərbaycan liderlərinin – Əbülfəz Elçibəyin demokratiya mübarizəsini, Heydər Əliyevin sabitlik strategiyasını və İlham Əliyevin qətiyyətli siyasətini müasir Azərbaycanın formalaşmasında əsas faktorlar kimi vurğulayıb.

Sapmazın dərslərində xüsusi olaraq aşağıdakı mövzulara yer verilir:

İrfan Sapmaz Federasiya yaradır

• Əbülfəz Elçibəyin 1990-cı ildə Bakıda gizli görüşləri və Gəncə hadisələri zamanı baş verənlərin təfərrüatları;
• Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdış yolu və hakimiyyətə gəlişi ilə bağlı gizli məqamlar;
• Tansu Çillərin və MİT-in bir qrupunun Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri;
• Azərbaycan Baş Prokurorluğunda Heydər Əliyevin göstərişi ilə Sapmazın əldə etdiyi gizli məlumatlar;
• Azərbaycan liderlərinin şəxsi həyatları, dövlət idarəçiliyindəki strateji addımları və arxasında duran hadisələr.

b7169f8b-94a6-4b9e-bd80-cec53fb4839d.jpeg (42 KB)

Sapmazın dərslərində həmçinin Azərbaycanın müstəqillik mübarizəsindəki şəxsiyyətlərin rolu, tarixin gizli qalan məqamları və beynəlxalq təzyiqlərin arxasında dayanan səbəblər haqqında heç bir yerdə açıqlanmamış məlumatlar təqdim olunur. Bu dərslər yalnız Azərbaycanın tarixini işıqlandırmaqla qalmır, həm də beynəlxalq siyasət və regionda baş verən proseslərə yeni baxış gətirir.

İrfan Sapmaz, Heydər Əliyevlə dəfələrlə apardığı xüsusi söhbətlərdən, Elçibəyin xarici müdaxilələrə qarşı mübarizəsindən və Azərbaycan xalqının birliyindən bəhs edərək, Azərbaycanın müstəqillik tarixinin bir çox bilinməyən məqamlarını işıqlandırır. Bu tarixi dərslər Azərbaycanla maraqlanan hər kəs üçün əvəzsiz bir mənbə olacaq.

İrfan Sapmazın dərslərini izləmək və Azərbaycanın müstəqillik mübarizəsinə yeni baxış qazanmaq istəyənlər üçün ilk dərs artıq burada yayımlanıb.

https://irfan-sapmaz-s-school.teachable.com/p/azerbaijan-s-war-of-independence

araz.az xəbər portalı.