Ukrayna Xarici İşlər Nazirliyi İspaniyanın “El Pais” qəzetinin Kiyevin Avropa İttifaqından ukraynalı qaçqınları öz vətənlərinə qayıtmağa razı salmaq üçün onlara yardım və konsulluq xidmətləri göstərməyi dayandırmasını xahiş etməsi barədə iddialarını təkzib edib.

araz.az teleqraf.com-a istinadən xəbər verir ki, yerli mətbuat Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu barədə olan məlumatını yayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixinin sözlərinə görə, məqalədə təqdim olunan bəzi ifadələr düzgün deyil.

“Ukrayna hökuməti Aİ-də Ukrayna vətəndaşlarına yardımı azaltmaq üçün danışıqlar aparmır. Hərbi yaşda olan kişilər mövcud qanunvericiliyə uyğun olaraq konsulluq xidmətlərindən istifadə edə bilərlər. Məqsəd maneələr deyil, müsbət motivasiya yaratmaq, vətəndaşlarımızın könüllü qayıtmasını təşviq etməkdir”.

araz.az xəbər portalı.