Bildiyiniz kimi, bu gün Bakı — Qroznı reysini yerinə yetirən və Xəzər dənizi üzərində “SOS” siqnalı verən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəza enişi etməli olub.
Sərnişinlərdən bir-neçəsinin sağ qaldığı bildirilir.
Qardaş ölkə olan Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən hadisə yerində lazımi operativ zəruri dəstək göstərilir.
Təyyarəni qəzaya uğramadan xilas etmək üçün, məcburi eniş etmək yolunu seçən pilotlar maksimum peşəkar davranıblar. Lakin Aktau hava limanında qəzasız eniş etməyə cəmi bir-neçə dəqiqələri çatmayıb.
Heyf!
Qəzada həlak olanlara Allahdan rəhmət diləməkdən başqa əlimizdən bir şey gəlmir!
Bəybala MİRZƏYEV.
REDAKSİYADAN:
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı — Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəzaya düşən təyyarənin ilk görüntüləri yayılıb. araz.az həmin görüntüləri təqdim edir:
araz.az xəbər portalı.