Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
Mətam elan edilməsi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədardır.
Bəs, 26 dekabr tarixli matən günü Azərbaycanda iş günüdürmü?
araz.az bildirir ki, modern.az saytı sosial şəbəkələrdə və ictimaiyyət arasında yaranmış çoxsaylı sualları nəzərə alaraq, əmək qanunvericiliyini araşdırıb.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, Azərbaycanda qeyri-iş günləri aşağldakı tarixlərdir:
1, 2 yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn Günü;
8 Mart – Qadınlar Günü;
Beş gün – Novruz bayramı;
İki gün — Ramazan bayramı;
9 May – Faşizm üzərində Qələbə günü;
28 May – Müstəqillik Günü;
İki gün – Qurban bayramı;
15 İyun – Milli Qurtuluş Günü;
26 İyun – Silahlı Qüvvələri Günü;
8 Noyabr – Zəfər Günü;
9 Noyabr – Dövlət Bayrağı Günü;
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Qeyd edək ki, 20 Yanvar — Ümumxalq Hüzn Günü istisna təşkil etməklə, digər faciə günləri Azərbaycana iş günü hesab olunur
Belə ki, 26 Fevral tarixi Azərbaycanda rəsmi olaraq Xocalı soyqırımı günü elan edilib. Hər 26 fevral saat 17.00-da Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılır.
31 Mart tarixi də, dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
27 Sentyabr tarixi isə, İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin yad edilməsi üçün Anım günü kimi qeyd olunur.
Yəni, 26 Fevral, 31 Mart və 26 Sentyabr tarixləri hüzn günləri olsa da, Azərbaycanda iş günü sayılır.
Sabah — 26 dekabr tarixli matəm günündə də, Azərbaycanda bütün idarə, müəssisə və təşkilatlar işləyəcək. Çünki 26 dekabr tarixinin qeyri-iş günü hesab edilməsi üçün, Nazirlər Kabinetinin hər hansı qərarı imzalanmayıb.
Qeyd edək ki, bir sıra qurumlar matəmlə əlaqədar sabahkı iş proqramında bəzi dəyişikliklər edib.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə, 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün, beşgünlük iş həftəsi üzrə hesablanmış norma tətbiq edilməlidir.
araz.az xəbər portalı.